Ректор АГУНП встретился с послом Ирака в Азербайджане
30.03.2017

Martın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor  Mustafa Babanlı İraqın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Dr. Fadhil Awad Jebur al-Shuwai ilə görüşüb.

 

İki ölkə arasındakı əlaqələrin, eləcə də təhsil sahəsindəki əməkdaşlığın müzakirə oldunduğu görüşdə həmçinin İraqlı tələbələrin ADNSU-da təhsilə cəlb edilməsi ətrafında fikir müzakirəsi aparılıb. İraqla Azərbaycan arasında hər zaman dostluq münasibətləri olduğunuq qeyd edən rektor M.Babanlı ADNSU-da həyata keçirilən tədris prosesi, ali məktəbdəki fakültələr və iraqlı tələbələr haqqında səfirə məlumat verib. Hazırda universitetdə 75 iraqlı tələbənin təhsil aldığını deyən rektor universitetin daha çox əcnəbi tələbə qəbul etmək üçün kifayət qədər potensiala malik olduğunu bildirib.

 

“Hazırda universitetimizdə təkcə neft deyil eyni zamanda sənayenin digər sahələri üzrə də hazırlıq gedir. Bir neft ölkəsi kimi İraqın bizim universitetlə əlaqələrini yüksək qiymətləndiririk. Bu gün İraqdan olan tələbələr dərslərə böyük maraq və həvəs göstərirlər”, - deyə rektor M.Babanlı qeyd edib. ADNSU-nun verdiyi diplomların İraqda tanınmasını istədiyini səfirin diqqətinə çatdıran rektor universitetdə tədris olunan 3 ixtisasın Avropa standartlarına uyğun ixtisaslar olaraq akkreditasiyadan keçdiyini də sözlərinə əlavə edib.

 

Hazırda ADNSU-da 14 ixtisas üzrə ingilis dilində tədrisin həyata keçirildiyini qeyd edən rektor M.Babanlı bunu əcnəbi tələbələr üçün əlverişli fürsət kimi səciyyələndirib.

 

Səfir Dr. Fadhil Awad Jebur al-Shuwai ölkəsinin Azərbaycanla əlaqələrinə hər zaman yüksək qiymət verdiyini söyləyərək neft sahəsində ixtisaslaşmış universitetlər arasında flaqman olan ADNSU-da təhsil almaq istəyən kifayət qədər iraqlı gəncin olduğunu söyləyib. O səfirliyə ADNSU-da təhsil almaq üçün İraq vətəndaşlarından çoxlu sayda müraciətlərin daxil olduğunu qeyd edib.

 

Sonra İraqın Azərbaycandakö Fövqəladə və Səlahiyyətli səfiri ADNSU-da təhsil alan iraqlı tələbələrlə görüşüb, universitetin tarix muzeyini və Fransız-Azərbaycan Universitetini ziyarət edib.

© ADNSU ISD.AZ

wholesale air max|cheap air jordans|pompy wtryskowe|cheap huarache shoes| bombas inyeccion|cheap jordans|cheap sneakers|wholesale jordans|cheap china jordans|cheap wholesale jordans|cheap jordans|wholesale jewelry china|cheap jerseys