Meeting of ASOIU Rector with Chinese students
18.10.2018

Oktyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı universitetdə təhsil alan bir qrup çinli tələbə ilə görüşüb. Görüşdə Şanxay Universitetinin səlahiyyətli nümayəndəsi və ADNSU-nun Çində təmsilçisi doktor Renying Li, ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, həmçinin Çinin Lançjou Neft-kimya Kollecindən olan 7 tələbə və digər çinli tələbələr iştirak edib.

 

Tələbələri salamlayan ADNSU-nun rektoru, professor M.Babanlı universitetdə əcnəbi tələbələr üçün yaradılan şəraitdən, tədris imkanları və həmçinin genişlənməkdə olan tələbə mübadiləsi prosesindən danışıb. İki ölkə arasında təhsil əlaqələrinin genişləndiyini diqqətə çatdıran rektor M.Babanlı ADNSU-da Çinlə tələbə mübadiləsi sahəsində əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib. ADNSU-da təhsil alan çinli tələbələrin sayının ildən-ilə artdığını vurğulayan rektor M.Babanlı Çinlə əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra yeni layihələrin olduğunu da vurğulayıb.

© ADNSU ISD.AZ

wholesale air max|cheap air jordans|pompy wtryskowe|cheap huarache shoes| bombas inyeccion|cheap jordans|cheap sneakers|wholesale jordans|cheap china jordans|cheap wholesale jordans|cheap jordans|wholesale jewelry china|cheap jerseys