Meeting with the First Secretary of the Embassy of Turkmenistan
21.04.2016

Aprelin 21-də Azərbaycan Neft və Sənaye Universitetində Türkmənistanın Azərbaycandakı səfirliyinin birinci katibi Batır Rəcəbovun iştirakı ilə türkmənistanlı tələbələrlə görüş keçirilib.

 

Görüşü giriş sözü ilə açan ADNSU-nun Əcnəbi tələbələr dekanı, t.e.n. Yaşar Həsənov Azərbaycanın müstəqillik illərində icra etdiyi böyük iqtisadi layihələr, həmçinin Türkmənistanla olan əməkdaşlıq əlaqələrindən danışıb.

 

Daha sonra Əcnəbi tələbələr dekanı müavini Arif Atayev universitetdə təhsil alan türkmənistanlı tələbələr haqqında məlumat verib, türkmən tələbələrin cəlb edilməsində Türkmənistanın Azərbaycandakı səfirliyinin rolunu qeyd edib, həmin tələbələrin bilik səviyyəsinin kifayət qədər yüksək olduğunu vurğulayıb.

 

Öz növbəsində Türkmənistanın Azərbaycandakı səfirliyinin birinci katibi Batır Rəcəbov bugünkü görüşün əhəmiyyətini qeyd edərək bu cür görüşlərin iki ölkə arasındakı mehriban münasibətlərin göstəricisi olduğunu iştirakçıların diqqətinə çatdırıb. Diplomat həmçinin, qonşu ölkələrlə birlikdə icra edilən böyük layihələrdən də danışıb.

 

Dəyirmi masada tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, sonda xatirə şəkli çəkdirilrib.

© ADNSU ISD.AZ

wholesale air max|cheap air jordans|pompy wtryskowe|cheap huarache shoes| bombas inyeccion|cheap jordans|cheap sneakers|wholesale jordans|cheap china jordans|cheap wholesale jordans|cheap jordans|wholesale jewelry china|cheap jerseys