ASOIU starts exporting educational services
23.12.2017

Dekabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Qansu əyalətinin Lonqdonq Universitetinin prorektoru Ma Yueninqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Prorektor Ma Yueninq Lançjouya Lonqdonq Universitetinin rektorunun tapşırığı ilə əməkdaşlıq münasibətlərini müzakirə etmək məqsədilə gəldiklərini qeyd edərək təmsil etdiyi ali məktəbin neft-qaz təhsili sahəsində Çində aparıcı universitetlərdən biri olduğunu qeyd etmişdir.

 

Rektor, professor Mustafa Babanlı Lonqdonq Universitetinin ADNSU ilə əməkdaşlığa böyük önəm verməsinə görə təşəkkürünü ifadə edərək ali məktəbin imkanları və nailiyyətləri barədə ətraflı məlumat vermis, universitetin əməkdaşlığa hazır olduğunu bildirmişdir.

 

Lonqdonq Universitetinin prorektoru ADNSU-nun yüksək potensialından istifadə edərək birgə layihələr gerçəkləşdirmək arzularını ifadə edərək ixtisasartırma və elmi kadrların hazırlanmasında, azərbaycanlı müəllimlərin tədrisə cəlb olunmasında, maraqlı olduqlarının diqqətə çatdırmışlar.

 

Lonqdonq Universitetinin nümayəndələrinin ADNSU-dakı təhsil imkanları ilə yerində tanış olmaları üçün paytaxt Bakıya səfərə gəlmələrinə dair razılıq əldə edilmişdir.

© ADNSU ISD.AZ

wholesale air max|cheap air jordans|pompy wtryskowe|cheap huarache shoes| bombas inyeccion|cheap jordans|cheap sneakers|wholesale jordans|cheap china jordans|cheap wholesale jordans|cheap jordans|wholesale jewelry china|cheap jerseys