Məxfilik Siyasəti və İstifadə şərtləri

Biz Sizin şəxsi məlumatlarınıza hörmət edir, şəxsi informasiyalarınıza (ad, soyad, əlaqə nömrələri, elektron poçt ünvanı, cins və s.) çox ciddi yanaşır və onları qorumaq istəyirik. Daha ətraflı məlumat əldə etmək üçün, zəhmət olmasa, bu Məxfilik Siyasətini oxuyun. Məxfilik Siyasətində şəxsi məlumatınızın necə toplandığı, istifadə olunduğu və (müvafiq şərtlər daxilində) açıqlanması öz əksini tapıb. Burada həmçinin şəxsi məlumatınızın qorunması üçün atdığımız addımlar izah olunur. Nəticədə, bu Məxfilik Siyasəti şəxsi məlumatınızın toplanması, istifadəsi və açıqlanması ilə bağlı seçimlərinizi izah edir.
 
Bu Sayta birbaşa və ya digər saytlardan daxil olmaqla siz bu Siyasətdə qeyd olunmuş qaydaları qəbul edirsiniz. Fərdi məlumatlarınızı daxil etmədən sayta daxil ola və göz gəzdirə bilərsiniz. Siz bu hallarda şəxsi məlumatlarınızı bizə könüllü surətdə verirsiniz:
 
  • Xəbər bülletininə abunə kimi bizim sistemimizə qoşulduqda
  • Sizə ən yeni məqalələr, xəbərlər, tədbirlər barədə bildirişlər göndərildikdə
  • Yerləşdirilmiş olan məqalə, xəbər, tədbirləri paylaşmaq istəyiniz olduqda
  • Sual və təkliflərinizi ünvanladıqda
  • Əlaqə vasitələrindən yararlanmaq istədikdə
 
Məlumatın qorunması etibar tələb edir və Sizin məxfiliyiniz bizim üçün mühümdür. Bu səbəbdən də, adınız və sizinlə bağlı digər məlumatlardan Məxfilik Siyasətində qeyd olunmuş qaydada istifadə olunur. Biz yalnız lazım olduqda və sizinlə əlaqə saxlamaq məqsədilə məlumat toplayırıq. Ona görə bizə - saytımıza doğru məlumatları təqdim etməlisiniz. Məlumatınızı qanunla tələb olunan və ya onu toplama məqsədimiz üçün yararlı olduğu müddətdə saxlayırıq. Məlumatlarınız bizim serverdə saxlanılır. Sizin məlumatınızı əsas vəsait olaraq qəbul edirik və digərlərinin icazəsiz olaraq bu məlumatlara daxil olmaması üçün bir çox alətlərdən (kodlaşdırma, fiziki mühafizə və s.) istifadə edərək onun qorunmasını təmin edirik.
 
Xəbər bülletininə abunə / xəbər göndərişi
 
Xəbər göndərişləri ən yeni məqalələr, xəbərlər, tədbirlər və təkliflər haqda bildirişlərdən ibarətdir. Xəbər göndərişini almaq üçün qeydiyyatdan keçərək siz fərdi xəbər, təklif toplusunu və xəbər məktubu üçün digər məlumatların tərtib olunması və sizə çatdırılması ilə bağlı razılığınızı təsdiq etmiş olursunuz. Biz veb-saytlarımızda kliklərinizi dəyərləndiririk ki, sizin tələb və maraqlarınıza tam uyğun olan xəbər məktubunu tərtib edirik. Sizin məlumatlarınız saxlanılır və istifadə olunur. Bu məqsədlə biz sizinlə yalnız e-poçt vasitəsilə əlaqə quracağıq. Nəhayət, biz, həmçinin, sizin məlumatlarınızı təhlil edəcək və veb-saytımızın daha effektiv işləməsi, veb-saytımızın tərtibatı və ya məzmununun təkmilləşdirilməsi, istifadəçilərin istəyinə uyğun təşkil olunması üçün istifadə edəcəyik.
 
Əgər siz daha xəbər göndərişini almaq istəmirsinizsə, siz istənilən zaman onu almaqdan imtina edə və ona abunənizi ləğv edə bilərsiniz. Bunu etmək üçün, zəhmət olmasa, hər bir xəbər məktubunda qeyd olunan keçidə daxil olun. Bundan sonra siz göndərişdən imtina prosesindən keçəcəksiniz, yaxud siz e-poçt vasitəsilə bizə xəbər göndərişini almaqla bağlı razılığınızdan imtinanızı (imtina haqda bildiriş) yollaya bilərsiniz.
 
Paylaşmalar / Sosial plaginlər
 
Şizin şəxsi məlumatlarınızın istənilən digər formada ötürülməsi, məsələn, bu saytdan üçüncü tərəfin sosial şəbəkəsinin saytına və ya Facebook, Twitter, Linkedİn, İnstagram kimi veb-portallara keçərək sistemə daxil olaraq məlumat paylaşımı məqsədilə sizin öncədən aydın şəkildə bildirilmiş razılığınız tələb olunur. Sosial şəbəkələrin sosial plaginləri ("plaginlər") veb-saytımızda istifadə olunur.
 
Biz aşağıdakı plaginlərdən istifadə edirik:
 
www.facebook.com Facebook (Provayder: Facebook Inc., 1601 S. California Ave, Palo Alto, CA 94304, USA)
www.linkedin.com LinkedIn (Provayder: Provayder: LinkedIn Inc. 2029 Stierlin Ct. Ste. 200 Mountain View, CA 94043)
www.twitter.com Twitter (Provayder: Twitter, Inc., 1355 Market St, Suite 900, San Francisco, CA 94103)
www.instagram.com Instagram (Provayder: Instagram, 1 Hacker Way Building 14 First Floor Menlo Park, CA, USA)  
 
Müvafiq sosial şəbəkə provayderinin məlumatlarının toplanması və sonrakı işlənməsinin məqsəd və həcminə bizim heç bir təsirimiz yoxdur. Bu haqda daha ətraflı məlumat əldə etmək üçün, zəhmət olmasa, müvafiq provayderin məlumatların gizliliyi siyasəti ilə tanış olun.

Facebook şirkətinin məlumatların gizliliyi siyasəti — https://www.facebook.com/about/privacy/
LinkedIn şirkətinin məlumatların gizliliyi siyasəti — https://www.linkedin.com/legal/privacy-policy
Twitter şirkətinin məlumatların gizliliyi siyasəti — https://twitter.com/privacy?lang=de
Instagram şirkətinin məlumatların gizliliyi siyasəti — https://help.instagram.com/155833707900388
 
Sual və təkliflər / Əlaqə vasitələri
 
Şəxsi məlumatlar sizi təyin edən məlumatdır, məsələn, adınız, soyadınız, əlaqə nömrəniz və elektron poçt ünvanınız.
Biz sizin şəxsi məlumatlarınızı toplamırıq; siz özünüz bu məlumatları aşkar şəkildə təqdim etdiyiniz (məsələn, əlaqə bölməsində vacib sayılan hissələrdə şəxsi məlumatlarınızı daxil etməklə) və onun istifadə olunmasına razılıq verdiyiniz hallar istisna olmaqla.
 
Biz sizin məlumatlarınızı yalnız sizin razılığınıza əsasən və hər bir ayrıca vəziyyət üçün tələb olunan dərəcədə (məzmun və vaxtı nəzərə almaqla) saxlayır, istifadə edir və ötürürük, misal üçün, sual və təkliflərinizlə çıxış etmək istədikdə, yaxud əlaqə saxlamaq üçün sorğu göndərdikdə, elektron məktub yazdıqda.
 
Əlaqə saxlamaq istədiyiniz təqdirdə müvafiq bölmədə sizə təklif olunun müraciət formasını ad, soyad, əlaqə nömrəsi və elektron poçt ünvanınızı daxil etməklə doldurmalısınız.
 
Müraciət qəbul edildikdən sonra ən qısa zamanda qarşı tərəf ilə əlaqə saxlanılır. Müraciətə baxılarkən əlaqə nömrələri, elektron poçt ünvanları gizli saxlanılır və saytdan istifadə edən hər bir şəxsə dair məxfi materiallar heç bir halda üçüncü tərəfə ötürülmür.
 

© ADNSU ISD.AZ

wholesale air max|cheap air jordans|pompy wtryskowe|cheap huarache shoes| bombas inyeccion|cheap jordans|cheap sneakers|wholesale jordans|cheap china jordans|cheap wholesale jordans|cheap jordans|wholesale jewelry china|cheap jerseys