Sorğu

Təhsilini ADNSU-da davam etdirmək istəyən əcnəbi vətəndaşlar ilkin olaraq onlayn müraciət formasından yararlanaraq tələb edilən sənədləri elektron versiyada yükləməlidirlər. Tələb edilən sənədlər bunlardır:
 
1. Xarici passport
2. Müvafiq ölkənin Təhsil Nazirliyi tərəfindən apostil və ya leqalizasiya edilmiş
- tam orta təhsil haqqında attestat
- bakalavriatura təhsilini təsdiq edən diplom
- magistratura təhsilini təsdiq edən diplom
3. Müvafiq ölkənin Təhsil Nazirliyi tərəfindən apostil və ya leqalizasiya edilmiş və notarial qaydada surəti və tərcüməsi təsdiq edilmiş 
- tam orta təhsil haqqında attestat
- bakalavriatura təhsilini təsdiq edən diplom
- magistratura təhsilini təsdiq edən diplom
4. *Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilən tibb müəssisəsində tibbi müayinənin nəticəsinə dair sənəd.
5. Şəkil - 3x4 sm ölçüdə 8 (səkkiz) ədəd (arxa fon rəngi - qırmızı).
 
*Azərbaycan Respublikasına daxil olduqdan sonra
 
Seçim üçün ilkin meyar sənədlərin düzgün hazırlanmasıdır. Yalnız düzgün və vaxtında təqdim olunmuş ərizələr nəzərdən keçiriləcək. Elektron müraciət forması və sənədlər qəbul olunduqdan sonra müraciətin qəbul və ya rədd olunması haqqında məlumat 7 iş günü ərzində elektron məktub vasitəsilə bildirilir.
ADNSU-da təhsil almaq istəyən əcnəbi vətəndaşlar azərbaycan, rus və ingilis dillərində hazırlıq mərhələsi, bakalavriatura, magistratura və doktorantura təhsil səviyyələri üzrə təhsil ala bilərlər.
 
Hazırlıq mərhələsi
 
Bakalavriatura və magistratura təhsil səviyyələrindən təhsil almaq istəyən, lakin azərbaycan, rus və ingilis dillərindən heç birini bilməyən ərizəçi birbaşa bir illik hazırlıq kursuna qəbul olunur. Azərbaycan, rus və ingilis dillərində təklif olunan hazırlıq kursunda əcnəbi vətəndaş həm dil hazırlığı, həm də müvafiq ixtisaslarda təhsil almaq üçün tələb olunan ilkin fənn biliklərinə yiyələnə bilir. 
 
Əcnəbi tələbələrin hazırlıq kursu 2 semestr və ya 10 ay (sentyabr-iyun ayları) ərzində aparılır.
 
Dərslər sentyabrın 15-dən başlayır. İlkin mərhələdə tələbələrə 3 həftə ərzində Azərbaycan, rus və yaxud ingilis dilləri, oktyabrın 10-dan etibarən nitqin elmi üslubu, noyabrın 1-dən etibarən riyaziyyat və rəsmxətt, noyabrın 14-dən etibarən isə digər fənlər tədris edilir. Yanvar ayında tədris dilindən, iyun ayında isə 4 fəndən buraxılış imtahanları təyin edilir. Bir illik hazırlıq kursunu uğurla başa vuran tələbəyə “Şəhadətnamə” verilir və o növbəti təhsil səviyyəsinə (bakalavriatura və magistratura) uyğun seçdiyi ixtisas üzrə təhsilini davam etdirir.
 
Müraciət tarixi
 
1 iyul – 25 sentyabr
 
 
Bakalavriatura təhsil səviyyəsi
 
ADNSU-da 7 fakültə (Geoloji kəşfiyyat, qaz-neft mədən, kimya-texnologiya, neft-mexanika, energetika, informasiya texnologiyaları və idarəetmə, iqtisadiyyat və menecement), BA proqramları və Azərbaycan-Fransız Universiteti layihəsi üzrə ali təhsilin bakalavriatura səviyyəsində kadr hazırlığı həyata keçirilir.
 
Azərbaycan, rus və ingilis dillərindən birində təhsil almaq istəyən əcnəbi vətəndaş birbaşa bakalavriatura ixtisası üzrə təhsilə başlamaq arzusunda olarsa, dil və fənn üzrə biliklərinin yoxlanması üçün müsahibədə iştiral etməlidir. Müsahibədə məqbul nəticə göstərən əcnəbi vətəndaş hazırlıq kursu keçmədən birbaşa bakalavriatura təhsil səviyyəsi üzrə arzuladığı ixtisasa qəbul oluna bilər. Müsahibədə məqbul nəticə toplamayan ərizəçi isə bir illik hazırlıq kursu keçə və yalnız növbəti il ixtisas təhsilinə başlaya bilər.
 
Fakültələrə uyğun ixtisaslar və onların tədris dili haqqında məlumatla yaxından tanış olmaq üçün linkə keçid edin:
 
 
Müraciət tarixi 
 
yeni başlayan tələbələr üçün - 1 iyul – 25 sentyabr
təhsilini BBA proqramı üzrə davam etdirmək istəyən tələbələr üçün - 31 yanvar – 15 fevral
 
Magistratura təhsil səviyyəsi
 
ADNSU-da 7 fakültə (Geoloji kəşfiyyat, qaz-neft mədən, kimya-texnologiya, neft-mexanika, energetika, informasiya texnologiyaları və idarəetmə, iqtisadiyyat və menecement), BA proqramları və Azərbaycan-Fransız Universiteti layihəsi üzrə ali təhsilin magistratura səviyyəsində kadr hazırlığı həyata keçirilir.
 
Azərbaycan, rus və ingilis dillərindən birində təhsil almaq istəyən əcnəbi vətəndaş birbaşa magistratura ixtisası üzrə təhsilə başlamaq arzusunda olarsa, dil və fənn üzrə biliklərinin yoxlanması üçün müsahibədə iştiral etməlidir. Müsahibədə məqbul nəticə göstərən əcnəbi vətəndaş hazırlıq kursu keçmədən birbaşa magistratura təhsil səviyyəsi üzrə arzuladığı ixtisasa qəbul oluna bilər. Müsahibədə məqbul nəticə toplamayan ərizəçi isə bir illik hazırlıq kursu keçə və yalnız növbəti il ixtisas təhsilinə başlaya bilər.
 
Fakültələrə uyğun ixtisaslar və onların tədris dili haqqında məlumatla yaxından tanış olmaq üçün linkə keçid edin:
 
http://isd.az/content.aspx?id=6&lng=az
 
Müraciət tarixi
 
yeni başlayan tələbələr üçün - 1 iyul – 25 sentyabr
təhsilini MBA proqramı üzrə davam etdirmək istəyən tələbələr üçün - 31 yanvar – 15 fevral
 
Doktorantura təhsil səviyyəsi
 
ADNSU Fəlsəfə və Elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul prosesini, doktorant və dissertantların təhsilini, o cümlədən onların attestasiyası və fərdi iş planı üzrə işləməsinə nəzarəti və Fəlsəfə doktorluğu minimumu imtahanlarının keçirilməsini təşkil edir.
 
Əcnəbi vətəndaş bütün sənədlərini təqdim edərək müraciət etdikdən sonra Doktorantura şöbəsi tədqiqat mövzusuna uyğun elmi rəhbər tövsiyə edir.
 
Doktorantura mərhələsində Azərbaycan, rus və ingilis dillərində tədqiqat aparmaq mümkündür. Müvafiq bakalavriatura və magistratura təhsilini həmin dillərdən birində bitirmiş şəxslər dil yoxlamasından azaddırlar. Əvvəl təhsil aldığı dildən fərqli bir dildə tədqiqat aparmaq istəyən namizədlər müvafiq dil biliklərini təsdiq edən sertifikatlar təqdim etməli və ya yaradılmış imtahan komissiyasının təşkil etdiyi dil imtahanında iştirak etməlidirlər. 
 
Müraciət tarixi 
 
Doktorantura pilləsinə sənəd qəbulu il boyu davam edir.
 
 
 
MİQRASİYA
 
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə xarici ölkə vətəndaşlarının qəbulu təhsil vizası əsasında həyata keçirilir. Əcnəbi vətəndaş yaşadığı ölkədəki Azərbaycan Respublikasının müvafiq səfirliyinə müraciət edərək təhsil vizasını əldə edə bilər. Səfirlik tərəfindən viza ilə təmin edilən əcnəbi vətəndaş Azərbaycan Respublikası ərazisinə daxil olduqdan sonra:
 
1.  15 iş günü ərzində qeydiyyata düşməli;
2.  Hepatit A, B, C və QİCS (AİDS) xəstəlikləri üzrə tibbi yoxlanışdan keçməli;
3. Müvafiq sənədlərlə birlikdə ADNSU-nun Əcnəbi tələbələr dekanlğına müraciət etməli və qeydiyyatdan keçməli (nəticə mənfi olduqda, yəni xəstəlik aşkarlanmadığı halda)
 
Təqdim edilən sənədlər əsasında ADNSU tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət ünvanlanır. Ünvanlanmış müraciətə əsasında əcnəbi vətəndaş tərəfindən dövlət rüsumu ödənildikdən sonra 1 ay müddətində (qeyri-iş və bayram günləri istisna olunmaqla) ona 1 illik (tədris ili) müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir.
   
Dövlət miqrasiya xidmətinə aşağıdakı sənədlər təqdim edilir: 
 
1. Pasportun əsli və surəti
2. Pasportun Dövlət Sərhəd xidməti tərəfindən son sərhədkeçməyə (Azərbaycan Respublikaslı ərazisinə daxil olma) dair möhür vurulmuş səhifəsinin surəti
3. Dövlət Miqrasiya Xidməti tərəfindən dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan Respublikası ərazisinə ilk dəfə gəlmələrinə dair əcnəbilərə təqdim edilən bildirişin (qeydiyyat sənədi) surəti
4. Təhsil vizasının surəti
5. Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surəti (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddətinin yenilənməsi halında)
6. 2 ədəd fotoşəkil (3x4sm ölçüdə)
7. Ancaq “International Medical Center 2” tibb müəssisəsi tərəfindən verilən tibbi arayış
8. Yaşayış yerindən arayış:
Yataqxanada yaşayanlar – yataqxanada yaşamaqlarına dair komendant tərəfindən verilən arayış
Şəxsi mənzillərdə kirayələnənlər – mənzil çıxarışının notarial qaydada təsdiq edilmiş surəti, mənzil sahibinin notarial qaydada təsdiq edilmiş şəxsiyyət vəsiqəsinin surəti və notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi
9. Dövlət İmtahan Mərkəzi (DİM) xətti ilə qəbul olmağa dair sənədlər:
Müvafiq dekanlıqdan arayış
Dövlət İmtahan Mərkəzindən verilən əmrin surəti
ADNSU-nun daxili əmrinin surəti
 
Müraciət tarixi 
 
Dövlət Miqrasiya Xidmətinə təqdim olunacaq sənədlər əcnəbi vətəndaşın müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin və ya vizasınin müddətinin qurtarmasına 40 gün qalmış Əcnəbi tələbələr dekanlığına təqdim edilməlidir. Əks halda əcnəbi vətəndaş tərəfindən ödəniləcək dövlət rüsumuna 20 AZN əlavə olunacaqdır.
 
Cərimələr
 
Dövlət Miqrasiya Xidmətinə sənədlər əcnəbi vətəndaşın müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və ya vizasının vaxtı bitdikdən sonra təqdim edilərsə əcnəbi vətəndaş 400 AZN məbləğində cərimə ediləcəkdir.
 
Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini müvafiq dövlət rüsumunu ödəyərək 10 iş günü ərzində götürməyən əcnəbi vətəndaş 400 AZN məbləğində cərimə ediləcəkdir.
 
Əcnəbi tələbələr dekanlığı əcnəbi vətəndaşların tibbi yoxlanışdan keçməsi və müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin alınması üçün tələb olunan sənədlərin hazırlanmasında köməklik göstərir.
 
 
YATAQXANA
 
ADNSU-da təhsil alan əcnəbi tələbələr Bridge Groups of Companies tərəfindən Britaniya memarlıq şirkəti olan “Design Lab Architects”in layihəsi əsasında tikilib istifadəyə verilmiş, 632-dən çox tələbəni fərdi və ortaq otaqlarla təmin edə bilən müasir “Univerium” yataqxanasında yerləşə bilərlər.
 
Yataqxana yüksək səviyyəli bir tələbə evindən gözləniləndən daha çox imkanlara malikdir: fərdi və qruplarla iş otaqları, kinoteatr və akustik musiqi otaqları, oyun otaqları, tələbə yeməkxanası və yemək otaqları, alt mərtəbədə yerləşən restoran və kafelər, mükəmməl imkanlara sahib fines zalı, basketbol və futbol meydançası, açıq terras, pulsuz yüksəksürətli internet, wi-fi və poçt xidməti, 24 saat təhlükəsizlik, bütün əlavə məişət və sosial xidmətlərdən pulsuz istifadə və digər möhtəşəm imkanlar.
 
Ətraflı məlumat üçün linkə keçid edin: http://www.univerium.az/az
 
 
SIĞORTA
 
ADNSU-ya qəbul olan və müvafiq yaşama icazəsi alan hər bir əcnəbi tələbənin Azərbaycanda yaşadıqları müddət ərzində Azərbaycan Respublikası vətəndaşı kimi  sığortadan yararlanma hüququ və imkanı vardır. Bu imkanı isə “Azərsığorta” şirkəti yaradır.
 
“Azərsığorta” - Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ölkənin ən qabaqcıl sığorta şirkəti kimi uzun illərdir ölkənin sığorta sektorunda xidmət göstərir. Şirkət qeyri-həyat sığortası sahəsinin fəaliyyət istiqaməti üzrə sığortanın bütün növlərindən sığorta satışlarının həyata keçirilməsini təmin edir. Çoxşaxəli filial şəbəkəsinin sayəsində Şirkət Azərbaycan Respublikasının bütün ərazisində müştərilərin sığorta ehtiyaclarını təmin edir. Partnyor və müştərilər qarşısında öhdəliklərin vaxtlı vaxtında həyata keçirilməsi sığorta bazarında Şirkətə nüfuzlu ad və hörmət qazandırmışdır. Sığortaçı kimi maliyyə imkanlarına malik olması isə onun sığorta əməliyyatarında iştirakında və rentabelliyinin qorunub saxlanmasında genış imkanlar yaradır.
 
Şirkət fiziki və hüquqi şəxslərin, o cümlədən əcnəbi tələbələrin könüllü tibbi sığortasının təmin edilməsini təşkil edir. Dövlət Sığorta Kommersiya Şirkətinin tibbi sığorta məhsulları ilə sığorta olunmuş əcnəbi tələbələr sığorta hadisəsi baş verən zaman tibbi yardım (risk) göstərilməsi prosesində ortaya çıxan xərclərin ödənişini öz üzərinə götürür. Tibbi sığorta olunmuş şəxslərin və əcnəbi tələbələrin sığorta müddəti ərzində xəstəlik və ya xəsarət nəticəsində sağlamlıqlarına dəymiş zərərlər müasir standartlara cavab verən tibb müəssisələrində peşəkar həkim personalı tərəfindən müayinə və müalicə edilir.
 
Şirkətdə təcrübəli həkimlər tərəfindən təşkil olunmuş və müasir avadanlıqlarla təchiz edilmiş 7/24 Call Center (Çağrı mərkəzi) fəaliyyət göstərir.

 
 
 
 
 
 
 
 
 
 
 
 


Qeydiyyat

© ADNSU ISD.AZ

wholesale air max|cheap air jordans|pompy wtryskowe|cheap huarache shoes| bombas inyeccion|cheap jordans|cheap sneakers|wholesale jordans|cheap china jordans|cheap wholesale jordans|cheap jordans|wholesale jewelry china|cheap jerseys