ADNSU rəsmilərinin onlayn rejimdə Bangladesh Tələbələri ilə görüşü
28.07.2020
ADNSU, Cənubi və Şərqi Asiya ölkələrindən olan tələbələr üçün Bangladeşdəki ASOIU İnstitute of Asia timsalında akademik proqramlarını həyata keçirməyə başlayır. Bunu banqladeşli tələbələrlə onlayn görüş zamanı ADNSU-nun prorektoru c-b Rafiq Camalov vurğuladı. ADNSU-nun prorektoru Rafiq Camalov, Əcnəbi tələbələr dekanı Yaşar Həsənov və Əcnəbi tələbələr dekan müavini Natiq Məmmədov ADNSU-da təhsil haqqında lazımi məlumatları çatdırmaq üçün Banqladeşli tələbələrlə keçirilən Qəbul Konfransına qatıldı.
Görüş ASNSU-nun Banqladeşin Dhakka şəhərindəki tərəfdaşı olan ASOIU Asiya İnstitutunun rəhbəri cənab Xorşed Alam tərəfindən təşkil edilmişdi. C-b Camalov ADNSU-da təhsil haqqında təqdimatı nümayiş etdirdi və ADNSU-da təhsilin üstünlüklərindən danışdı.
ADNSU təhsilinə maraq böyük idi. Görüşdə Banqladeşdən 200-dən çox tələbə iştirak etdi.