Çin Xalq Respublikası vətəndaşlarının qarşılanması
17.11.2021
Noyabrın 17-si Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 13 aprel 2020-ci il tarixində bağlanmış təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə uyğun olaraq ADNSU-da dövlət xətti ilə təhsil almaq hüququ qazanmış Çin Xalq Respublikası vətəndaşları Yang Geng, Xue Yang və Turehan Yimaer təhsil almaq üçün Azərbaycana gəlmişdir. Heydər Əliyev adına beynəlxalq hava limanında əcnəbi vətəndaşları Əcnəbi tələbələr dekanlığının əməkdaşları qarşılamışdır.