ADNSU ilə Hindistan İnstitutu arasında memorandum
19.01.2021

Yanvarın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Hindistanın  Mühəndislik və Texnologiya İnstitutu (KPR İnstitute of Engineering and Technology) arasında onlayın formatda memorandum imzalanıb.

 

Hər iki ölkənin təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı üçün nəzərdə tutulan sənədi ADNSU-nun rektoru, professor Mustafa Babanlı və Hindistanın  Mühəndislik və Texnologiya İnstitutunun rektoru, dr.M.Akila imzalayıblar.

 

Tədbir zamanı ADNSU-nun rektoru, professor Mustafa Babanlı təhsil sahəsində qabaqcıl universitetlərlə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. Dr.M.Akila ADNSU-nun fəaliyyəti ilə daha da yaxından tanış olub, qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

 

Əməkdaşlıq memorandumunda texniki təhsilin və elmin bütün pillələri üzrə müddəalar öz əksini tapıb.

© ADNSU ISD.AZ

wholesale air max|cheap air jordans|pompy wtryskowe|cheap huarache shoes| bombas inyeccion|cheap jordans|cheap sneakers|wholesale jordans|cheap china jordans|cheap wholesale jordans|cheap jordans|wholesale jewelry china|cheap jerseys