ADNSU və UTP arasında qarşılıqlı əməkdaşlıq
19.03.2021

ADNSU və UTP (University Technology Petronas) hər iki universitetin müəllimləri tərəfindən tərtib edilmiş tədris planlarını və silabusları mübadilə etdilər. UTM rəhbərliyi, ADNSU-dan 2021-ci ilin may ayından etibarən əməkdaşlığa başlamasını istədi. UTM, fərqli təhsil sahələri üzrə ən az 10-15 tələbə qəbul etməyə hazırdır. UTP ADNSU-nun müvafiq fakültələrində tələbələrin ADNSU-da təhsil alacağı ilk üç il üçün tədris planları (xəritə) tərtib etmələrini xahiş etdi. Həmin tələbələr üç ildən sonra bakalavr təhsili pilləsini bitirmək üçün son bir il təhsili almaqdan ötrü UTP-yə köçürülə biləcəklər.

 

Birinci və ya ikinci kurs magistr tələbələrinə gəldikdə, onlar magistr və ya MBA dərəcəsi almaq üçün istənilən vaxt UTP Malayziyaya köçürülə bilərlər.

 

Eyni sistem ADNSU-ya köçürülən zaman UTP tələbələrinə də şamil olacaqdır.

 

ADNSU öz növbəsində UTP rəhbərliyinə məlumat verdi ki, Azərbaycanda tədris ili iyun ayında başa çatır, buna görə tələbə mübadiləsi 2021-ci ilin sentyabrından başlaya bilər.

 

ADNSU ilə UTP arasında müqavilənin 2021-ci ilin aprelində imzalanması planlaşdırılır.

© ADNSU ISD.AZ

wholesale air max|cheap air jordans|pompy wtryskowe|cheap huarache shoes| bombas inyeccion|cheap jordans|cheap sneakers|wholesale jordans|cheap china jordans|cheap wholesale jordans|cheap jordans|wholesale jewelry china|cheap jerseys