ATU-NET HACKATHON 2021 qalibinin elanı
21.10.2021

Məmnuniyyətlə bildiririk ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi Turqut Vəliyev ilk ATU-Net Hackathon 2021 turnirinin çempionlarından biri olub. İştirakçı İndoneziyanın Telkom Universitetinin üç tələbəsi ilə birlikdə “GoDiet: Pəhriz saxlamaq heç vaxt bu qədər asan olmayıb” kənd təsərrüfatı mövzusu üzrə həll və prototip hazırlayıb.

 

Qalib komanda birinci yer üçün 600 ABŞ dolları məbləğində pul mükafatı qazanıb, bu məbləğdən hər komanda üzvü 150 dollar alacaq. Komanda həmçinin 22 noyabr 2021-ci ildə keçiriləcək ATU-Net Virtual Universitet Prezidentləri Forumunda (VUPF2021) qalib ideyasını nümayiş etdirmək imkanı əldə edəcək.

 

Təbriklər, Turqut!

© ADNSU ISD.AZ

wholesale air max|cheap air jordans|pompy wtryskowe|cheap huarache shoes| bombas inyeccion|cheap jordans|cheap sneakers|wholesale jordans|cheap china jordans|cheap wholesale jordans|cheap jordans|wholesale jewelry china|cheap jerseys