ADNSU-nun Əcnəbi tələbələri "Yaşıl Marafon"-da
20.11.2021

Noyabrın 20-də Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirliklərinin, IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocəsən qəsəbəsində "Yaşıl Marafon" layihəsi çərçivəsində "Zəfərdən yaşıl düşüncəyə" devizi altında ağacəkmə kampaniyası baş tutmuşdur.

 

Ağacəkmə kampaniyasında müvafiq qurumların rəhbər şəxsləri və aidiyyəti struktur bölmə rəhbərləri, ölkəmizdə təhsil alan əcnəbi tələbələr, ali təhsil müəssisələrinin nümayəndələri, “2007-2015 Dövlət Proqramı”, “Qoşulmama və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin vətəndaşları üçün Qrand Proqramı” və “Hökumətlərarası Təqaüd Proqramları (HTP)” məzunları Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndələri iştirak etmişlər.

 

Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, eyni zamanda əcnəbi tələbələrin şəbəkələşməsi və ictimai aktivliyinin artırılması, əcnəbilərin Azərbaycanda təhsilinin təşviqi məqsədilə payız ağacəkmə marafonunda 17 ali təhsil müəssisəsindən 48 ölkəni əhatə edən 100-dən çox əcnəbi tələbə iştirak etmişdir.

 

ADNSU-nun Əcnəbi tələbələr dekanlığının əməkdaşları Tofiq Muradxanov, Emil Abdurəhmanov, “Qoşulmama və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin vətəndaşları üçün Qrand Proqramı” çərçivəsində təhsil alan tələbələr Sania Noorzad (Əfqanıstan), Hamza Nacer (Əlcəzair), Batsaikhan Munkhnaran (Monqolustan), “Hökumətlərarası Təqaüd Proqramları (HTP)” çərçivəsində təhsil alan çinli tələbələr Turehan Yimaer, Xue Yang, Zhao Xue, Yang Geng də marafona qoşulmuşlar.

 

Sonda iştirakçıların təəssüratları dinlənilib, xatirə şəkilləri çəkdirilib.

 

© ADNSU ISD.AZ

wholesale air max|cheap air jordans|pompy wtryskowe|cheap huarache shoes| bombas inyeccion|cheap jordans|cheap sneakers|wholesale jordans|cheap china jordans|cheap wholesale jordans|cheap jordans|wholesale jewelry china|cheap jerseys